EN

Bakıda Azərbaycan Serbiya iqtisadi əməkdaşlığı müzakirə olunub

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, görüşdə ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əhəmiyyəti vurğulanıb. Tərəflər ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi, birgə fəaliyyətin perspektivləri və potensial layihələrin reallaşdırılmasının önəmi barədə fikir mübadiləsi aparıblar.

Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində #Serbiya-nın daxili və xarici ticarət naziri xanım Yaqoda Lazareviç ilə görüşdük.Ölkələrimiz arasında strateji tərəfdaşlığın güclənməsinin #iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün faydaları,… pic.twitter.com/ds3zOgWgSN

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
oxu.az

10Sources