EN

Ceyhun Bayramov Rumıniya naziri ilə danışıqlar aparıb

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb

Tərəflər Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının dərinləşdirilməsini müzakirə ediblər. İkitərəfli əlaqələrin yüksəlməsində yüksək səviyyəli dialoqun rolu vurğulanıb. Enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilib.

Yaşıl enerji sahəsində birgə layihələr və Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları araşdırılıb.

Xarici işlər naziri Ceyhun Bayramov həmsöhbətinə regionda postmünaqişə reallıqları, Ermənistanla normallaşma prosesi barədə məlumat verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
4
metbuat.az

5Sources