BAKI, 22 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri ilə görüşüb.
Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının dərinləşdirilməsini müzakirə ediblər. İkitərəfli əlaqələrin yüksəlməsində yüksək səviyyəli dialoqun rolu vurğulanıb. Enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilib.
Yaşıl enerji sahəsində birgə layihələr və Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları araşdırılıb.
Xarici işlər naziri Ceyhun Bayramov həmsöhbətinə regionda postmünaqişə reallıqları, Ermənistanla normallaşma prosesi barədə məlumat verib.
·