EN

SOCAR BOEM layihələrinin birgə həyata keçirilməsi üçün tərəfdaşlar axtarır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birgə fəaliyyət üçün tərəfdaşlar axtardığı əsas istiqamətləri müəyyən edib.

Far.Az "Report"a istinaən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

"Səylərimizi birləşdirmək və investisiyaları cəlb etmək üçün tərəfdaşlar axtardığımız sahələri qeyd etmək istəyirəm. Buraya həm elektrik, həm də istilik üçün geotermal enerji, hidroakkumulyasiya stansiyaları və əlbəttə ki, ofşor külək enerjisi daxildir. Bizim böyük çətinliklərimiz olub", - deyə qeyd edib.

SOCAR rəsmisi həmçinin Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Türkiyə və Avropaya "yaşıl enerji"nin nəqli layihəsinə diqqət çəkib.

"Energetika naziri P.Şahbazovun qeyd etdiyi kimi "Green Midstream" adlandırdığımız son dərəcə maraqlı layihə - "yaşıl elektronlar"ın Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə və Avropaya ötürülməsidir. Bu layihə onilliklər boyu nəhəng imkanlar təqdim edəcək. Bu, bizə səriştələrimizi inkişaf etdirməyə kömək edəcək. Neft-qaz sektoru artıq bizə bu bacarıqları verir - sadəcə bir az uyğunlaşmaq lazımdır. Bu, bir çox yeni imkanlar yaradacaq", - Ə.İsayev əlavə edib.

Chosen
5
1
far.az

2Sources