EN

Azərbaycan və Rumıniya XİN rəhbərləri strateji tərəfdaşlıq və regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə görüşüb.

Görüşdə Azərbaycan–Rumıniya strateji tərəfdaşlığının dərinləşdirilməsi, yüksək səviyyəli dialoqun ikitərəfli münasibətlərin inkişafındakı rolu, həmçinin enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər yaşıl enerji üzrə birgə layihələri və Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın strateji əhəmiyyətini də diqqətə gətiriblər. Nazir Bayramov həmkarına post-münaqişə dövründəki regional reallıqlar və Ermənistanla normallaşma prosesi barədə məlumat verib.

Chosen
11
operativmedia.az

1Sources