EN

Məşhur milyarder BYD-dəki paylarını satdı, səhmlər ucuzlaşdı

Bu gün dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çin şirkəti BYD-nin səhmləri Uorren Baffetin investisiya şirkəti "Berkshire Hathaway"in şirkətdəki payından tamamilə imtina etməsi xəbərindən sonra 3,5% ucuzlaşıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Berkshire Hathaway"in səhmlərinin təqdimatına istinadən məlumat yayıb.

Baffet ilk dəfə 2008-ci ildə BYD səhmlərinə investisiya qoydu və tədricən payını 10%-ə çatdırıb. Bununla belə, son illərdə o, avtomobil istehsalçısının səhmlərini sağlam gəlirlə satmağa başlayıb — BYD-nin səhmlərinin qiyməti 2008-ci ildən bəri 20 dəfə artıb. "Reuters"in məlumatına görə, investor 2024-cü ilin sonunda şirkətdə 415 milyon dollar dəyərində kiçik bir paya sahib idi, lakin indi bütün payını satıb.

"Berkshire Hathaway" BYD-dən ayrılması ilə bağlı mediada yayılan xəbərləri şərh etməyib. Çin şirkətinin nümayəndələri səhm satışını “normal proses” adlandırıb və Baffetə “son 17 il ərzində sərmayə qoyduğuna, dəstəyinə və tərəfdaşlığına” görə təşəkkür ediblər.

Samir

Chosen
6
hit.az

1Sources