EN

Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəng potensiala malikdir - SOCAR

Bakı. Trend:

Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəngpotensiala malikdir.

Trend xəbər verirki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev I AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda quruda külək və günəşenergetikasının potensialının inkişafı istiqamətində fəal işləraparılır. Lakin burada hələ də investisiyalar və yeni layihələrüçün çoxsaylı imkanlar mövcuddur. Ölkənin strateji coğrafi mövqeyiisə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya “yaşıl” enerjininötürülməsi üçün körpü rolunu oynamağa şərait yaradacaq.

“Quruda külək energetikası inkişaf edir, günəş də eləcə. Ammaoffşor hələ də mənimsənilməyib və məhz burada böyük potensialgizlənir. Xəzərin ərazi suları təqribən 157 qiqavat həcmindəqiymətləndirilən imkanlar açır”, - deyə o vurğulayıb.

A.İsayev həmçinin qeyd edib ki, ölkədə geotermal enerjinin hələki mənimsənilməməsinə baxmayaraq onun inkişafı üçün də əhəmiyyətlipotensial mövcuddur.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources