Bakı, 22 sentyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “Xalqlar dostluğu” stansiyasında qatarda texniki nasazlıq yaranıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, buna görə də, iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb.
“Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. ki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub”, - deyə məlumatda bildirilir.