EN

Xalqlar dostluğu nda qatarda texniki nasazlıq...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.

Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
26
globalinfo.az

10Sources