EN

Müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Yazını böyüt
Yazını kiçilt

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 69 ədəd müxtəlif markalı kompüter ehtiyat hissəsi, 4 ədəd kompüter, 6 ədəd elektron siqaret üçün tütün məmulatı, 400 ədəd siqaret, 10 ədəd elektron qəlyan, 1 ədəd smart qol saatı, 2 ədəd mobil telefon, 177 ədəd mobil telefon ekranı, 4 ədəd mobil telefon detalı, 62 ədəd kosmetik vasitə, 5 ədəd ətir aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
3
hafta.az

4Sources