EN

AZPROMO beynəlxalq tərəfdaşlıq üçün yeni saziş imzaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson imzalayıb.
Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.
Məhərrəm Əliyev
Chosen
11
8
oxu.az

9Sources