EN

DİN III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində işləyəcək

Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Ekologiya.az-a DİN-dən məlumat verilib.

Gəncə şəhərində və Azərbaycanın digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.

Daxili işlər naziri Vilayət Eyvazov bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.


Chosen
2
10
ekologiya.az

10Sources