EN

Türkiyədə Azərbaycanla bağlı ikitərəfli təxribat – Bunu da etdilər

Bir neçə gündür Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar səslənməyə başlayıb. Məlum olduğu kimi, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində minlərlə dinc sakin həyatını itirib. Faktiki olaraq əməliyyatlar Qəzzanın ilhaqı ilə yanaşı, həm də etnik təmizləmə həddinə gəlib.

Məsələ dünya ictimaiyyətinin diqqətindədir. Bu da təbii olaraq bir çox ölkədə insanların hökumətlərinə təzyiq göstərmələri ilə nəticələnir. Məsələn, Dubrovnik şəhərində 15-16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları bildiriblər ki, İsrail Avroviziya yarışmasına buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

İsrailin bu tədbirdə iştirakını istəməyənlər qədər, məsələyə reaksiya verməyən ölkələr də var. Lakin təəssüf ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında "Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq" başlığı ilə xəbərlər tirajlanmağa başlayıb.

Avroviziya yalanı

Sözügedən xəbər həqiqətə uyğun deyil. Ümumiyyətlə, tədbir çərçivəsində bu kontekstdə müzakirə aparılmayıb. Eyni zamanda, Azərbaycantərəfdən qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya şərh verilməyib. 2-4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq. Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Türkiyənin "Akit" televiziyası və ən böyük sosial media kanallarından olan "Baho" Azərbaycanın "Avroviziya 2026-da İsrail yoxdursa, biz də yoxuq" xəbərini paylaşıb. Təəssüf ki, bu ilk belə hal deyil. Belə ki, "Avroviziya-2025" mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi də Türkiyədə birmənalı qarşılanmamışdı. Əvvəllərdə dediyim kimi, Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosionaldır. Məlum olduğu kimi, hazırda Türkiyədə İsrailə qarşı münasibət son dərəcə sərtdir. Fələstin məsələsinə Türkiyədə həm siyasi, həm dini, həm də insani baxımdan böyük həssaslıq var. Amma burada diqqət yetirilməli olan vacib məqam odur ki, ictimai emosiyaları kim və necə istifadə edir.

"Akit" və "Baho"nun təxribatı

Türkiyə tərəfi təəssüf ki, "Akit" televiziyası və "Baho" kimi subyektlərə nəzarət edə bilmir. İddia əsaslı yanaşmalar açıq şəkildə Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə bilər.

Azərbaycan hər dəfə bu və bu kimi məsələlərə görə Türkiyə ictimaiyyətində hədəf olmamalıdır. Bunu edənlər isə açıq şəkildə cəzalandırılmalıdır. Bu iddianı yayan media subyektlərinə xəbərdarlıq edilməlidir.

Son olaraq deyim ki, 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyi elan olunduqdan dərhal sonra Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri oldu. Azərbaycan da SSRİ tərkibindəki 15 respublikadan biri olaraq 1988-ci ildə Fələstin Azadlıq Təşkilatını (FAT) tanıyıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmən tanıyıb.

Siyahıda Azərbaycan da var

Azərbaycan hər il Fələstinə humanitar yardım edir. Fələstinə dair qətnamələri də rəsmi Bakı dəstəkləyir. Məsələn, BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib. 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb. Azərbaycan qətnamənin lehinə səs verən ölkələrdəndir.

Təəssüf ki, bu məsələlər Türkiyə mediasında öz əksini layiqincə tapmadığı kimi, bunu səsləndirə biləcək ekspertlərə də yer verilmir. Nəticə etibarilə provokatorlar və ya Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən dairələr daha aktiv işlər görərək belə informasiyaları dövriyyəyə buraxırlar.

Rəsmi Ankara bu məsələ ilə bağlı təcili tədbir görməlidir.

turan

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
2
olaylar.az

3Sources