EN

ŞƏT Azərbaycanın üzvlük məsələsini gecikdirmir AÇIQLAMA

ain.az, Unikal.az saytına istinadən bildirir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Ermənistan və Azərbaycanın təşkilata üzvlüyü məsələsini gecikdirmir, bu qərar konsensus tələb edir. 

"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində təşkilatın keçmiş baş katibi Rəşid Alimov deyib.

"Yeni üzv dövlətlərin qəbulu proseduru aydın şəkildə müəyyən edilib və bir neçə dəfə sınaqdan keçib. Qəbul qərarı konsensus yolu ilə verilir. ŞƏT tarixində heç bir müraciət rədd edilməyib. Hər bir müraciət fərdi əsasda diqqətlə və hərtərəfli nəzərdən keçirilir. Kənardan görünə bilər ki, proses ləngiyir, lakin bu, belə deyil", - deyə o qeyd edib. 

Qurumun keçmiş baş katibi məsələnin ərizələrə baxılma sürətində olmadığını, prosesin dayanmadığını vurğulayıb: "ŞƏT tez qərarlar qəbul etmir". 

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
4
unikal.az

7Sources