Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan və Ermənistanın üzvlüyünü ləngitmir. Onların qoşulması konsensus tələb edir.
Publika.az TAAS-a istinadən xəbər verir ki, bunu ŞƏT-in keçmiş baş katibi Rəşid Alimov bildirib.
"Yeni üzv dövlətlərin qəbulu proseduru aydın şəkildə müəyyən edilib və dəfələrlə zamanın sınağından çıxıb. Qəbul qərarları konsensus əsasında verilir. ŞƏT tarixində heç bir müraciət rədd edilməyib. Hər bir müraciət fərdi əsasda diqqətlə oxunur və vicdanla nəzərdən keçirilir. Kənardan baxanda prosesin uzandığı görünə bilər. Amma bu doğru deyil", - R.Alimov Bakı və İrəvanın ŞƏT-ə daxil olması məsələsini şərh edərkən qeyd edib.
Təşkilatın keçmiş baş katibi vurğulayıb ki, məsələ ərizələrə baxılma sürətində deyil, prosesin davam etməsidir.
“ŞƏT tez qərarlar qəbul etmir”, - deyə o qeyd edib.