ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qax rayonunda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün rayonun Qum kəndində baş verib.
Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Nizami Şəkərəliyev kənd ərazisindəki həyətyanı sahəsində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N.Şəkərəliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.