EN

“Bakı Metropoliteni” kommutatorlara 5 dəst üçün 159 min manat ödəyir – qiymət dünya bazarından qat-qat yüksəkdir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üçün rabitə kommutatorlarının satın alınması üzrə keçirilən tenderin qalibi məlum olub.

Hurriyyet.az xəbər verir ki, qalib “BEST TELEKOM” MMC olub və tərəflər arasında 159.241 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Müqaviləyə əsasən, metropolitendə istifadə olunacaq rabitə kommutatorları abonentlərlə birbaşa rabitə yaratmaq üçün nəzərdə tutulub. Kommutatorlar 26-30 arası abonenti əhatə edə bilir və hər abonent üçün ayrıca çağrış düyməsi yerləşdirilib. Düymə sıxıldıqda abonentə siqnal gərginliyi ötürülür, lampası yanır və telefon zəngi aktivləşir. Abonent dəstəyi qaldırdıqda isə danışıq dövrəsi qoşulur.

Texniki göstəricilərə görə, cihazların qida gərginliyi 220 V ±10%, maksimal gücü isə 15 Vt təşkil edir. Ümumi olaraq 5 dəst kommutator alışı nəzərdə tutulur.

32gun.az-dan xüsusi qeyd: Tenderdə hər bir rabitə kommutatorunun qiyməti təxminən 31.848 AZN göstərilib. Dünya bazarında isə 220 V ±10%, maksimal gücü 15 Wt olan oxşar cihazların pərakəndə qiyməti adətən $30–$500 (təxminən 51–850 AZN) arasında dəyişir.Fərq qat-qat yüksəkdir və əsas səbəblər arasında metro mühitinə uyğunluq, sertifikat tələbləri, quraşdırma, proqramlaşdırma və zəmanət xərcləri göstərilə bilər. Bu baxımdan tender qiyməti dünya bazar qiymətlərindən xeyli yüksəkdir.

Xatırladaq ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanovdur.

Chosen
5
1
hurriyyet.az

2Sources