EN

Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi keçirildi


Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, elan edilən sənədlərdən biri 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən 12 nəfər öldürülüb, 3 nəfər itkin düşüb, Quşçular kəndində isə 4 nəfər öldürülüb, 9 nəfər girov götürülüb.
Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “Laz” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb, 27 nəfər yaralanıb.
Chosen
13
44
yeniavaz.com

10Sources