EN

Bakıda 49 yaşlı kişi faciəli şəkildə öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 49 yaşlı kişi yaşayış binasının damından yıxılıb ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, İ.İsmayılov küçəsində baş verib.
Adıçəkilən küçədə yaşayan, 1976-cı il təvəllüdlü Vadim Aleksandroviç Abroskin yaşadığı 9 mərtəbəli binanın damında iş görərkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Chosen
13
oxu.az

1Sources