EN

Valeh Ələsgərov: Elə edəcəyik ki, investorların bir dövlət qurumu ilə belə ünsiyyətinə ehtiyac olmasın.

Valeh

“Bizim əsas diqqətimiz qeyri neft sənayelərini Azərbaycana cəlb etməkdir”.

1news.az xəbər verir ki, bunu Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

“Bizneslərimizə xarici investorları cəlb etməyə çalışırıq. Biz investorlara lazımi infrastruktur və kommunal xidmətlərini təmin etməyə hazırıq. Bizdə qeyri-korporativ xidmətlər, rüsum və ödənişlərin olmaması investorlar üçün daha yaxşı şərait yaradır. Biz elə edəcəyik ki, investorların bir dövlət qurumu ilə belə ünsiyyətinə ehtiyac olmasın. Lazım olan hər bir şeyi birbaşa özümüz təmin edəcəyik” - Valeh Ələsgərov vurğulayıb.

Chosen
6
3
1news.az

4Sources