EN

58 ildən sonra BMT-nin toplantısına qatılan Suriya prezidenti: “İranı qovduq”

58 ildən sonra Suriyanın yeni prezidenti Əhməd əl-Şara BMT Baş Assambleyasının sessiyasına qatılacaq ilk prezident olacaq. Ölkə.az xəbər verir ki, bundan öncə Suriyanı BMT Baş Assambleyasında 1967-ci ildə keçmiş prezident Nurəddin əl-Atasi təmsil edib.

Nyu-Yorkda CBS telekanalına müsahibə verən əl-Şara açıqlamaları ilə rezonans doğurub. O, ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını cəsarətli və tarixi addım adlandırıb. Əl-Şara Suriyanın təhlükəsiz, sabit və vahid olması mövzusunda razılaşdığını bildirib və bunun təkcə Suriyanın deyil, bütün dünya ölkələrinin xeyrinə olduğunu vurğulayıb.

O həmçinin ABŞ-ni geniş spektrli və qarşılıqlı maraq doğuran məsələlər üzrə danışıqlara başlamağa və münasibətləri yaxşı şəkildə bərpa etməyə çağırıb.

Əl-Şara Suriya xalqını Bəşər Əsəd rejiminin tətbiq etdiyi zülmdən azad etdiklərini, qaçqın və köçkünlərin artıq öz evlərinə qayıda biləcəyini bildirib. O, həmçinin terror təşkilatı İŞİD-ə qarşı mübarizə apardıqlarını və İran milisləri ilə Hizbullahı bölgədən qovduqlarını vurğulayıb.

Suriya ilə bağlı sanksiyaların aradan qaldırılmasının zəruriliyini qeyd edən əl-Şara bildirib ki, sanksiyaların qalmasını dəstəkləyən hər kəs Suriya xalqının bir daha öldürülməsinə şərik olmaq deməkdir.

Mürtəza

Chosen
5
1
olke.az

2Sources