EN

İrəvanda səfərdə olan ekspertdən SON DƏQİQƏ AÇIQLAMASI - 1 il ərzində...

Xəbər verdiyimiz kimi, Topçubaşov Analitik Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanda səfərdədir.

Musavat.com-un xəbərinə görə, Muradov yerli KİV-ə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.

O bildirib ki, İrəvan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları məsələsini qaldırmır, ona görə də bu məsələdə anlaşma var:

“Azərbaycan Xarici İşlər Nazirliyi sülh müqaviləsinin imzalanmasının Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı olduğunu açıqlayıb. İnşallah, tezliklə buna nail olunacaq. O zaman tamhüquqlu sülh müqaviləsinin bağlanmasına, diplomatik münasibətlərin qurulmasına heç bir maneə olmayacaq. Bu, xüsusilə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində Qarabağın qeyd olunmasına aiddir ki, bu, Azərbaycan üçün “ağrılı məsələ, potensial saat bombası”dır”.

Ekspert 1 il ərzində sülh sazişinin imzalana biləcəyini istisna etməyib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
18
1
musavat.com

2Sources