BAKI, 22 sentyabr. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sabiq baş katibi (2016–2018) Rəşid Alimov Azərbaycan və Ermənistanın təşkilata üzvlüyü məsələsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb.
Onun sözlərinə görə, yeni üzv dövlətlərin qəbul olunması prosesi dəqiq qaydalarla tənzimlənir və bütün qərarlar konsensus əsasında qəbul olunur.
"ŞƏT tarixində heç bir müraciət rədd edilməyib. Hər bir müraciət ayrı-ayrılıqda diqqətlə və ətraflı şəkildə araşdırılır. Kənardan baxanda bu proses uzun görünə bilər, amma belə deyil. Azərbaycan və Ermənistanın təşkilata üzvlük müraciətləri də bu çərçivədə nəzərdən keçirilir",- R. Alimov qeyd edib.