EN

5 il ərzində “Türk transplant” platforması yaradılacaq

ain.az bildirir, Modern.az portalına istinadən.

Yaxın 5 ildə Türk Dövlətləri Təşkilatlarına daxil olan ölkələrin birgə “Türk transplant” adlı platforması yaradılacaq.

Bunu Modern.az-a müsahibəsində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. 

O qeyd edib ki, platforma Azərbaycan Respublikası Səhiyyə Nazirinin təşəbbüsü ilə yaradılıb və ölkələr Niyyət Protokolunu imzalayıb:

"Bizim Vahid İnformasiya Sisteminə tezliklə bütün ölkələr qoşulacaq. Nəticədə bura daxil olan bütün ölkələr bir-birinə kömək ola biləcək. Həmçinin türkdilli dövlətlər genetik olaraq bir-birlərinə çox yaxındırlar. Əsas proyekt kök hüceyrənin transplantasiyasından başlayacaq". 

Qeyd edək ki, bu platforma nəticəsində TDT-ə daxil olan ölkələr arasında orqan transplantasiyası reallaşacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
modern.az

2Sources