EN

Müstəqilliyin qorunması dövlətin və hər bir vətəndaşın məsuliyyətidir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Yeni Azərbaycan Partiyasının (YAP) ilk ərazi təşkilatının iştirakı ilə Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları suverenliyin əldə olunması uğrunda Azərbaycanın keçdiyi şərəfli yol haqqında tarixi kadrlara baxıblar.

Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani çıxışında bildirib ki, 20 sentyabr Azərbaycan tarixinə dövlətçilik iradəsinin, suverenliyin və xalqımızın haqlı mübarizəsinin dönməz nişanəsi kimi yazılıb. Azərbaycan xalqı uzun illər ərzində azadlıq və dövlətçilik ideallarını qoruyub, hər çətinlik qarşısında milli kimliyini və suverenliyini müdafiə edib. 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirləri nəticəsində respublikamızın bütün ərazilərində suverenliyin tam bərpa olunması xalqımızın qəhrəmanlıq və birliyinin parlaq nəticəsidir. Dövlət Suverenliyi Günü bizə xatırladır ki, müstəqilliyin qorunması həm dövlətin, həm də hər bir vətəndaşın məsuliyyətidir. Vətənimizin gələcəyi məhz birlikdə, milli ruhla hərəkət etdiyimiz zaman sarsılmaz olacaqdır.

İnstitutun YAP ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva “Dövlət suverenliyi: tarixdən gələcəyə” mövzusunda təqdimatla çıxış edib.

Sonra tədbir çərçivəsində Vətənə sədaqət və milli həmrəyliyin rəmzi olaraq Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə üzvlük biletləri təqdim edilib.

Baş direktor Z.İmrani bildirib ki, yeni üzvlərə partiya biletinin təqdim edilməsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğuna inamın təcəssümüdür. Gənclərin milli dəyərlərə, dövlətçilik ənənələrinə bağlılığı, onların həm də azad, güclü və müasir Azərbaycanın inkişafı yolunda məsuliyyətli vətəndaş kimi yetişdiyinin göstəricisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
azertag.az

2Sources