Bakı, 22 sentyabr, AZƏRTAC
2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı balla qəbul olunanların 55-i, 500-dən yuxarı bal toplayanların isə 348 nəfəri müəllimlik ixtisasını seçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, son illər yüksək bal ilə BDU-ya qəbul olunanlar arasında müəllimlik ixtisasına tələbat artıb.