EN

Hindistanda daşqınlarda ölənlərin sayı 400 nəfəri ötüb

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında iyun ayından bəri davam edən daşqın və torpaq sürüşmələri nəticəsində 448 nəfər həyatını itirib.

Bu barədə Hindistanın qeyd olunan ştatının təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.

"Musson qurbanlarının sayı 448 nəfərə çatıb, qurbanlardan 187-i yağıntı ilə əlaqədar yol-nəqliyyat hadisələrində ölənlər olub”,- məlumatda qeyd olunur.

Bundan əvvəl rəsmi itki sayı 341 nəfər təşkil edirdi.

 

Chosen
3
1
7news.az

2Sources