EN

Futbol meydançasının örtüyü 1,4 milyon manata təmir olunacaq

BAKI, 22 sentyabr. TELEQRAF

Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman kompleksinin futbol meydançasının örtüyü təmir ediləcək.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar "Azəridmanservis" MMC ilə "Azin Construction" MMC ilə müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən "Azin Construction" MMC görəcəyi təmir işlərinin qarşılığında 1 milyon 383 min 352 manat alacaq.

Müvafiq işlərin görülməsinə bu ayın 17-dən start verilib, dekabr ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, " Azin Construction" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Orucov Orxan Alxan oğludur.

Chosen
7
2
teleqraf.com

3Sources