EN

Çin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələri möhkəmləndirmək niyyətindədir - səfir Lu Mey

Bakı. Trend:

Çin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrimöhkəmləndirmək niyyətindədir.

Trend xəbər verirki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən IAzərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanıdeyib.

Onun sözlərinə əsasən, Cənubi Qafqaz və Mərkəzi Asiya həmregional, həm də qlobal müstəvidə mühüm rol oyanamaqdadır. Unikalcoğrafı üstünlükləri olan bu regionlar Asiya ilə Avropanınkəsişməsində yerləşir və Asiya ilə Avropanı birləşdirmək üçünmöhkəm təmələ və potensiala malikdirlər

“Bu regionlar ticarət, sivilizasiyalararası dialoq, eləcə dədünyanın elm və texnologiya sahələrinin inkişafına unikal töhfəverəcək. Buna görə Çin bu regiona böyük önəm verir və regiondakıbütün ölkələrlə dostluq münasibətlərini dəstəkləyir. Gələcəkdə bizticarət və investisiyalar, nəqliyyat və infrastruktur əməkdaşlığı,energetika, “yaşıl” və rəqəmsal innovasiyalar, eləcə də insanəlaqələrinin möhkəmləndirilməsi daxil olmaqla bütün sahələrdə buölkələrlə tərəfdaşlığı daha da gücləndirəcəyik”, – deyə səfirbildirib.

Lu Mey qeyd edib ki, qlobal iqtisadiyyat dərin inteqrasiyaolunub və hər bir ölkənin uğuru digər ölkələrin uğurundanasılıdır.

Məqalədə:
Chosen
4
1
az.trend.az

2Sources