EN

Kreml: Putin bu gün mühüm bəyanat verəcək

Ajans.az xəbər verir ki,bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, prezidentin çıxışı Moskva vaxtı ilə təxminən 14:30-da gözlənilir. Peskov bəyanatın daxili yoxsa xarici siyasətə aid olub-olmayacağı barədə ətraflı məlumat verməyib. Brifinq Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçiriləcək. Şuranın daimi üzvləri sırasında aşağıdakı şəxslər yer alır:
  • Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev
  • Müdafiə naziri Andrey Belousov
  • FTX direktoru Aleksandr Bortnikov
  • Daxili işlər naziri Vladimir Kolokoltsev
  • Baş nazir Mixail Mişustin
  • Dövlət Dumasının sədri Vyaçeslav Volodin
  • Federasiya Şurasının sədri Valentina Matviyenko
Qeyd edək ki, bir müddət əvvəl Kreml prezidentin illik “Birbaşa xətt” proqramına hazırlığın başladığını açıqlamışdı. Dmitri Peskov bildirmişdi ki, bu il “Birbaşa xətt” ənənəvi illik mətbuat konfransı ilə birləşdirilərək vahid formatda keçiriləcək.

 

Chosen
9
Ajans.az

1Sources