EN

“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” - Video

“Dar yollarda çəkilən velosiped zolaqları avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, ətrafda yerləşən iş yerlərinin fəaliyyətini pozur”.

Bizim.Media xəbər verir ki, bu barədə “İctimai TV”nin hazırladığı videosüjetdə bildirilib. 

Süjetdə velosiped yollarının əksər hallarda boş qaldığı həmçinin bu küçələrdə avtomobillərin park edilməsinin qadağan olunmasının sahibkarların gəlirlərinin azalmasına səbəb olduğu vurğulanıb.

Parlament prospektində “coffee-shop” işlədən sahibkar İlkin İbrahimov deyib ki, velosiped zolaqlarının çəkilməsindən sonra müflisləşmək təhlükəsi ilə üzləşib: 
 

“Burada ümumiyyətlə velosiped sürülmür. Prospektin kənarını velosiped zolağı deyil, parkinq etsəydilər, daha yaxşı olardı. İş yerləri sayəsində büdcəyə vəsait daxil olardı. Həm də bu prospektdə zolaq əks tərəfdə - 20 nömrəli məktəb tərəfdə çəkilməli idi ki, şagirdlər də istifadə edə bilsin. Lakin bizim tərəfdə çəkilməsi bizə böyük zərər vurur”.


Daha ətraflı videomaterialda:


Bizim.Media

Chosen
13
5
bizim.media

6Sources