EN

Polşa yalnız NATO müttəfiqləri ilə razılaşdıqda hava məkanını pozan obyektləri vuracaq - ÖZƏL

Polşa yalnız bütün NATO müttəfiqlərinin razılığı olduğu halda öz hava məkanını pozan obyektləri vurmağa hazırdır. Olaylar.az xəbər verir ki,  bu barədə Polşa Baş naziri Donald Tusk TVP Info kanalının canlı yayımlanan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib."Çox diqqətlə düşünmək lazımdır, çünki verilən qərarlar konfliktin çox kəskin fazasına səbəb ola bilər", - Tusk Çexiya Prezidenti Petr Pavelin Rusiya tərəfindən hava məkanının pozulmasına hərbi yolla da reaksiya vermək təklifini şərh etməsi istənildikdə qeyd edib.
Baş nazir vurğulayıb ki, Polşa ərazisindəki hava və ya sular üzərində təhlükə yarada biləcək obyektləri məhv etməyə hazırdır, lakin bu qərarı yalnız bütün NATO müttəfiqlərinin eyni yanaşmaya sahib olacağına 100% əmin olduqda verəcək. Tusk həmçinin əlavə edib ki, "Çexiya Prezidentinin bəyanatı belə qərar üçün kifayət deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources