EN

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun Bakıya səfərindən Azərbaycan qazandı... Erməni politoloq

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçirilən Üçüncü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib. Bir neçə gün mən qəsdən bu mövzunu şərh etməkdən çəkindim - ehtiyatla, ümid edirəm ki, səfər ən azı bəzi hərbi əsirlərimizin azad edilməsinə kömək edəcəkdir. Ancaq qrafikə baxanda, görünür, səfər başa çatıb, müsbət xəbər yoxdur”.

Moderator.az hafta.az-a istinadla xəbər verir ki, “Aysor” nəşrinin məlumatına görə, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkədə yazıb

“İlham Əliyev növbəti diplomatik divident əldə edərək beynəlxalq imicini gücləndirdi, Ermənistan isə heç nə  qazanmadı. Bu, diplomatiya deyil, təhlükəli məğlubiyyətdir. Erməni məmurunun Bakıya hər hansı səfəri yalnız bir halda əsaslı sayıla bilər - o, bizim məhbuslarla birlikdə İrəvana qayıtsa. Əks halda, bu cür səfərlər nəinki Ermənistanın dövlət maraqlarını müdafiə etmir, əksinə, Azərbaycanın mövqeyini gücləndirir. Ermənistan hakimiyyətinin birinci öhdəliyi əsirlərin qaytarılmasını təmin etməkdir”, -deyə davamında şərhçi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
2
moderator.az

3Sources