EN

İsrail Livana zərbə endirib, ABŞ vətəndaşı və üç övladı ölüb

İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb...

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.

Livan parlamentinin sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladının həlak olduğunu bildirib.

Onun sözlərinə görə, uşaqların anasının vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücum zamanı Hizbullah üzvünün hədəf alındığını açıqlayıb.

Poliqon.info

Chosen
7
9
poliqon.info

10Sources