Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Ziyadlının idarə etdiyi "Chevrolet" və Ramil Cumayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü N.Ziyadlı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.