Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir:
"Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xəttdən çıxarılır və və depoya yönləndirilir.
Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”. (Modern.az)
10Sources
-
news24.azAYNA: "Bir çox hallarda avtobuslar gecə 12-yə kimi işləyəcək" ( 21599500)
-
yenilik.azBakıda avtobuslar gecə 12-yə qədər işləyəcək — RƏSMİ ( 21605413)
-
demokrat.azBakıda avtobuslar gecə 12-yə qədər işləyəcək — RƏSMİ ( 21602797)
-
busaat.azAvtobuslar gecə saat 12-yə kimi işləyəcək – Rəsmi ( 21601912)
-
ulusum.azAvtobuslar gecə saat 12-yə kimi işləyəcək – Rəsmi ( 21601861)
-
buta.tvAvtobuslar gecə saat 12-yə kimi işləyəcək – Rəsmi ( 21600892)
-
qaziler.az“Bir çox hallarda avtobuslar gecə 12-yə qədər işləyəcək” - Anar Rzayev ( 21600865)
-
tribunainfo.azBakıda avtobuslar gecə 12-yə qədər işləyəcək (RƏSMİ) ( 21600862)
-
sia.azBir çox hallarda marşrutlar gecə saat 00:00 a qədər fəaliyyət göstərəcək ( 21600193)
-
sia.azBir çox hallarda marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək ( 21600154)