EN

Sular çəkild, minlərlə balıq tələf olub

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qaziantepin İslahiye rayonunda quraqlığın təsiri ilə doluluq səviyyəsi 30 faizədək enən Taxtaköprü su anbarının bəzi hissələrində su tamamilə çəkilib. 

Sherg.az xəbər verir ki, İslahiye rayonuna 25 kilometr məsafədə yerləşən Şahmaran, Akınyolu, Ortaklı, Yesemək, Filli Təpə və Ağalarobası kəndlərinin sahillərinə uzanan, Amik Ovalığını sulayan Taxtaköprü su anbarında su səviyyəsi quraqlıq səbəbindən 30 faizədək düşüb. Tam dolduqda 454 milyon kubmetr su tutumu olan anbarın su səviyyəsinin enməsi və bəzi yerlərdə tamamilə çəkilməsi nəticəsində minlərlə balıq tələf olub.

Quraqlıq səbəbindən suların çəkilməsi ilə, 5 il əvvəl Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Qaziantep Universiteti və Qaziantep Muzeyi tərəfindən aparılan qazıntılar zamanı üzə çıxarılan, eramızdan əvvəl I və II əsrlərə aid olduğu ehtimal edilən, bazaltdan tikilmiş divar qalıqları qismən qorunmuş Hamamlar Höyüğü yenidən görünüb.

İslahiye Kənd Təsərrüfatı Palatasının sədri Osman Erdoğan quraqlıq səbəbindən anbarın su səviyyəsinin azaldığını bildirərək deyib: “Taxtaköprü su anbarında sular bəzi yerlərdə tamamilə çəkilib. Suyun çəkilməsi ilə minlərlə balıq tələf oldu. 5 il əvvəl arxeoloji qazıntıların aparıldığı Hamam Höyüğü də suların çəkilməsi ilə bir daha üzə çıxdı.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
sherg.az

2Sources