Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dünən Suriya prezidenti Əhməd Əş-Şaraa beynəlxalq ictimaiyyəti fəaliyyətsizlikdə ittiham edərək, öz qüvvələrinin ölkədə həm İŞİD, həm də İrana bağlı silahlı dəstələri məğlub etdiyini bildirib.Bizim.Media xəbər verir ki, ABŞ-ın CBS telekanalına müsahibə verən Əş-Şaraa Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını “sürətli, cəsarətli və tarixi” addım adlandırıb.
O, üsyançıların Bəşar Əsəd rejimini devirərək xalqı “cinayətkar rejimin zülmündən xilas etdiyini” vurğulayıb. Əlavə edib ki, artıq qaçqın və köçkünlərin öz evlərinə dönməsi mümkündür.
Suriya lideri həmçinin qeyd edib: “Kimyəvi hücumlara məruz qalan insanları dəstəklədik. İŞİD-lə üz-üzə gəldik. İran silahlı qüvvələrini və “Hizbullah”ı bölgədən çıxardıq”. (Radio Fərda)Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.