AZ

Suriyada İranı məğlub edə bildik - Əhməd Şara

Suriya prezidenti Əhməd əş-Şara beynəlxalq ictimaiyyəti fəaliyyətsizlikdə ittiham edərək, öz qüvvələrinin ölkədə həm İŞİD, həm də İrana bağlı silahlı dəstələri məğlub etdiyini bildirib.

Aktual.az  xəbər verir ki, o, bu barədə ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

Şara Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını "sürətli, cəsarətli və tarixi” addım adlandırıb.

O, üsyançıların Bəşar Əsəd rejimini devirərək, xalqı cinayətkar rejimin zülmündən xilas etdiyini vurğulayıb və artıq qaçqın və köçkünlərin öz evlərinə dönməsinin mümkünlüyünü qeyd edib.

Seçilən
12
4
ulusum.az

5Mənbələr