EN

Bakıda prokurorların beynəlxalq konfransı keçirilib - YENİLƏNİB - FOTO

Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” adlı beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Prezident İlham Əliyevin müraciəti oxunub.

Daha sonra Baş Prokuror Kamran Əliyev çıxış edib.

Tədbir konfransa dəvət edilən xarici ölkələrin prokurorlarının çıxışları ilə davam edib.

Qeyd edək ki, konfrans çərçivəsində Tanzaniya və Azərbaycan Baş prokurorluqları arasında memorandum imzalanacaq.

Konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edib.

***

10.28

Bakıda Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans başlayıb.

APA xəbər verir ki, tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutur.

Beynəlxalq konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edir.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Chosen
4
20
apa.az

10Sources