EN

Prezident tarixi addımı atdı: 4 mühüm istiqamət özündə nələri birləşdirir? - VİDEO

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov, Prezident İlham Əliyevin 4 mühüm istiqaməti özündə birləşdirən tarixi addımını belə şərh edib:

“Prezident İlham Əliyevin artıq yeni dövr üçün müəyyən etdiyi strateji fəaliyyət proqramının mühüm tərkib hissəsidir. Dövlət başçısının qələbədən keçən bu 5 ildə atdığı prinsipial addımlar, gördüyü işlər onu deməyə əsas verir ki, yeni dövrün prioritet vəzifələri 4 mühüm istiqaməti özündə birləşdirir. 

1. Qarabağın ən qısa zamanda yenidən, faktiki sıfırdan qurulması... Özü də bu quruculuq yalnız tikinti - bərpa baxımından da deyil, iqtisadi baxımdan da həm ölkə, həm də regional inkişaf tempi ilə ayaqlaşmalıdır. 

2. “Böyük qayıdış” proqramının effektiv icrası və bu proqram çərçivəsində dədə - baba yurduna qovuşan insanların hər cür sosial təminatla əhatə olunması. 

3. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması... Özü də yalnız bizim yox, həm də dünyanın dili ilə... Başqa sözlə, mühüm səfərləri, beynəlxalq forumları Qarabağa salmaqla, çoxsaylı diplomatların, media və QHT nümayəndələrinin Qarabağa müntəzəm səfərlərini təşkil etməklə dünya artıq özü erməni vandalizmini öz gözləri ilə görür və gördüyünü də beynəlxalq ictimaiyyətə ötürür... 

4. Qarabağı regional, gələcəkdə isə qlobal investisiya məkanına çevirmək, bir sıra mühüm layihələrin, xüsusən də nəqliyyat – tranzit xətlərinin məhz Qarabağdan keçməsinə nail olmaq... Və bütün bunları etməklə, bu hədəfləri qaşıya prinsipial və strateji xətt kimi qoymaqla Prezident İlham Əliyev nəyə çalışır? Təbii ki, inkişafa, Qarabağın və bütüvlükdə Azərbaycanın inkişafı, lakin ondan da öncə, ondan da vacib olan – təhlükəsizliyə və sabitliyə, davamlı sülhə... 

Bəli, Prezident İlham Əliyevin Azərbaycanın suverenliyini tam bərpa etdikdən sonra əsas hədəfi, əsas missiyası vətəndaşının sülh və təhklükəsiz şəraitdə yaşamasıdır, ilk növbədə də Qarabağda... Bu missiyaya xidmət edən, həmin missiya naminə çalışan, yaxud sülhü və təhlükəsizliyi, əməkdaşlığı dəstəkləyən hər kəs də, hər bir ölkə də bizim dostumuz, müttəfiqimizdir.”

Mövzunun şərhini linkə keçid edərək izləyə bilərsiniz: 

Chosen
5
5
cebheinfo.az

6Sources