EN

Nəqliyyat dəhlizlərini diversifikasiya edərək, ixracatçılarımız üçün əlavə imkanlar yaradırıq - Nazir

Bakı. Trend:

Nəqliyyat dəhlizlərini diversifikasiya edərək, ixracatçılarımızüçün əlavə imkanlar yaradırıq.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevbu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda bildirib.

O əvvəlcədən qeyd edib ki, texnologiyanın layihələrə necə daxiledilə biləcəyi və bazarda səmərəliliyin necə təmin edilə biləcəyidüşünülməlidir: "Bu prosesi başladığımız zaman fərqli bazaroyunçularının müxtəlif maraqlara sahib olduğunu müşahidə edirik.İlk addım olaraq, beş ildən sonra harada olmaq istədiyimizi müəyyənetdik və digər şirkətlərin strategiyasını da bu istiqamətəuyğunlaşdırdıq. Beləliklə, yalnız mal daşınmasından deyil, həm dəbu şirkətlərdə səmərəliliyin artırılmasından faydalandıq. Beş iləvvəl mövcud olan səmərəliliyi bugünkü göstəricilərlə müqayisəetdikdə, fərq açıq şəkildə görünür".

Nazir vurğulayıb ki, Azərbaycanın yalnız mal daşınması üçündeyil, həm də hab kimi mövqeləndirilməsi planlaşdırılır: "Məsələn,Ələt Limanının yaxınlığında tikilən yeni beynəlxalq hava limanımövcud infrastruktura alternativ olaraq nəzərdən keçirilir. Bundanəlavə, şirkətlərdə proseslərin optimallaşdırılması çərçivəsindərəqəmsallaşmanı da tətbiq etdik. Dövlət müəssisələrininrəqəmsallaşdırılması, istəsək də, istəməsək də, ölkədə ümumirəqəmsal transformasiyaya təsir göstərəcək. Son üç ildə yalnız Ələtvə Ələt Dəniz Limanı daxilində 3000-dən çox yeni iş yeri yaradılıb.Bu, həmçinin ölkəmiz üçün ixrac imkanlarını genişləndirir".

"Quru ölkəsi olduğumuzdan ixracatçılarımız üçün əsas xərclərdənbiri logistika ilə bağlıdır. Şimal, cənub, şərq və qərbdəhlizlərini diversifikasiya edərək, ixracatçılarımız üçün əlavəimkanlar yaradırıq", - deyə nazir əlavə edib.

Chosen
13
2
az.trend.az

2Sources