EN

Kim Çen In: Pxenyan nüvə silahlarından imtina etməyəcək

Kim Çen In: Pxenyan nüvə silahlarından imtina etməyəcək

KXDR prezidenti Kim Çen In bildirib ki, ölkəsi nüvə silahlarından imtina etməyəcək.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Telegraf Agentliyi yayıb.

Kim Çen In deyib ki, hazırda bir çox qüvvələr ABŞ-ın denuklearizasiya çağırışını dəstəkləyir, amma bu, KXDR-in suverenliyini nəzərə almır və ciddi şəkildə pozur. Onun sözlərinə görə, Pxenyanın nüvə silahlarından imtina etməsi konstitusiyaya zidd hərəkət olardı, çünki ölkənin nüvə statusu əsas qanunda təsbit olunub.

"Biz anti-konstitusion addım ata bilərikmi? Nüvə silahlarından niyə imtina edək? Sanksiyaları qaldıracaqlar? Yox!" - deyə Kim Çen In bildirib. O, həmçinin Cənubi Koreyanın yeni administrasiyasının təklif etdiyi üç mərhələli denuklearizasiya planını xatırladıb: nüvə proqramının dondurulması, arsenalın azaldılması və tam imtina. Kim Çen In bunu dialoqu pozan addım hesab edir.

"Biz nüvə silahlarından imtina etməyəcəyik" - deyə o vurğulayıb.

Chosen
6
afn.az

1Sources