EN

İrəvandan Ankaraya mesaj: Cavab gözləyirik

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün keçmiş münaqişələrə son qoymaq, dinc və mehriban qonşuluq gələcək qurmaq üçün tarixi imkan var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

“Bizim borcumuz bu fürsəti əldən verməmək, onu sabitlik və inkişaf reallığına çevirməkdir”, – o qeyd edib.

Vaşinqtonda imzalanmış sənədlərə toxunan vitse-spiker bildirib ki, “Tramp Yolu” (və ya Zəngəzur dəhlizi) region üçün etimad və əməkdaşlıq körpüsünə çevrilə bilər.

Türkiyə ilə münasibətlərin normallaşdırılmasından danışan Rubinyan bunun Ermənistanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb:

“Biz bu gün diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Ankaranın da buna cavab verəcəyinə ümid edirik”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
globalinfo.az

1Sources