EN

“Təhsil vasitəsilə dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirə bilərik” – Yusuf Tekin

Bakı Türk Anadolu Liseyi Əhmədli Korpusunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Respublikası Milli Təhsil Naziri Yusuf Tekin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin önəminə diqqət çəkib.

Nazir bildirib ki, ölkələrarası əməkdaşlıq müxtəlif sahələrdə əhəmiyyətli olsa da, təhsil sahəsi bu əməkdaşlıqda xüsusi yer tutur: “Təhsil vasitəsilə mövcud dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirə, gələcək nəsillərə dəyərlər silsiləsi ötürə bilərik”.

O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri Osmanlı dövründən başlayaraq inkişaf edib, Heydər Əliyev dövründə möhkəmlənib və hazırda Prezident İlham Əliyev ilə davam edir.

Yusuf Tekin həmçinin bildirib ki, bu açılış mərasimi “tək millət, iki dövlət” prinsipinin ruhunu yaşatmaq və təhsil sahəsində əməkdaşlığı gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə Türkiyədə təhsil proqramları yenilənib və Orta Asiya ifadəsi yerinə “Türkistan” anlayışı istifadə olunmağa başlanıb ki, bu nailiyyətlərin Azərbaycan ilə paylaşılması iki ölkə arasında təhsil sahəsində əlaqələri daha da möhkəmləndirir.

Chosen
5
1
sia.az

2Sources