EN

Haaland Sulşerin uğurunu təkrarladı

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, buna ötən gün "Arsenal"la matçda bacarıb. 24 yaşlı hücumçu Premyer Liqadakı qollarının sayını 91-ə çatdırıb.

Bununla da o, Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. Haaland 1 qol daha vurarsa Premyer Liqada norveçli oyunçular arasında rekorda sahib olacaq.

Xatırladaq ki, sözügedən matç 1:1 hesabı ilə yekunlaşıb.

Chosen
2
2
teleqraf.com

4Sources