EN

Azərbaycanın Baş Qərargah rəisi Belarusa getdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

 

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

Tarix: 22 Sentyabr 2025, 12:23   
Chosen
3
36
pravda.az

10Sources