EN

Nazir: İstanbulda Azərbaycan məktəbinin fəaliyyətə başlaması planlaşdırılır

BAKI, 22 sentyabr. TELEQRAF

"Bu təhsil ocağının açılışında olmaq mənim üçün böyük qürur və fəxr mənbəyidir. Bu yalnız bir məktəbin deyil, əsrlər boyu eyni kökdən gələn, ortaq tarix və mədəniyyətin davamının təzahürüdür. Biz keçmişimizdən dərs alaraq gələcəyimizi qururuq."

Teleqraf xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev Bakı Türk Anadolu Liseyinin açılış mərasimində səsləndirib.

O vurğulayıb ki, Türkiyə ilə bütün təhsil pillərəüzrə əməkdaşlıq var.

“Əhalinin sıx yaşadığı ərazilərdə belə məktəblərin olması Azərbaycan təhsili üçün əlavə dəyərdir. Yaxın vaxtlarda İstanbulda da Azərbaycan məktəbinin fəaliyyətə başlaması planlaşdırılır. Bu, bizim üçün ilk olacaq. İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi orada yaşayan soydaşlarımız üçün önəmli rol oynayacaq və xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcək”.

Chosen
7
teleqraf.com

1Sources