Space TV-dən ayrıldığı iddia olunan aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.
Moderator.az xəbər verir ki, bir neçə gün proqramlarda görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq "Xəbərin izində" verilişini təqdim edib.
Beləliklə, Səidə Bəkirqızı yenidən Space TV-də aparıcı kimi fəaliyyətini davam etdirir.(Milli.Az)