1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Serbiya və Azərbaycanın Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları mövcuddur".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçısı, Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç bildirib.
"Hamımız Asiyanı və Uzaq Şərqi Avropa ilə birləşdirən etibarlı yolların mövcudluğuna ehtiyac duyuruq. Serbiya və Azərbaycan üçün bu, Orta Dəhliz çərçivəsində əməkdaşlıq qurmaq üçün daha bir imkandır. Orta Dəhliz bütün Asiyanı əhatə edir, Azərbaycan üzərindən keçir və Avropaya, yəni Serbiyaya gedib çıxır. Bu, ölkələrimizi yaxınlaşdıran daha bir mühüm amildir. Bununla yanaşı, bizim siyasi əlaqələrimiz və iqtisadi əməkdaşlığımız da yüksək səviyyədədir".
Lazareviçin sözlərinə görə, ölkələr arasında ticarət də daxil olmaqla iqtisadi əməkdaşlıq üçün çoxsaylı istiqamətlər var.
"Təbii ki, biz müvafiq göstəricilərin artmasını görmək istərdik. Hazırda biz enerji sektorunda, kənd təsərrüfatında, yeni texnologiyalarda və müdafiə sənayesində əməkdaşlıq edirik. Ticarət də artıq artım nümayiş etdirir. Əla siyasi münasibətlərimiz inkişaf etmiş iqtisadi əməkdaşlıqla tamamlanır. Həqiqətən də, parlaq gələcəyimiz var və statistik göstəricilər də bunu təsdiqləyir", - deyə nazir əlavə edib.
Məhərrəm Əliyev